İran və ABŞ arasında sülh sazişinin imzalanması 19 iyunda İsveçrədə keçiriləcək.
Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, Tehran və Vaşinqton bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal və tam dayandırılması barədə razılığa gəliblər.
“Rəsmi imzalanma mərasimi 19 iyun, cümə günü İsveçrədə baş tutacaq”, — deyə Şərif yazıb.

