ABŞ və İran arasında İsveçrədə keçiriləcək danışıqlar bir neçə gün davam edə bilər. Bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib.
Vens bu açıqlamanı 20 iyun şənbə günü Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında, İsveçrəyə yola düşməzdən əvvəl verib.
Onun sözlərinə görə, danışıqların məqsədi prosesə düzgün şəkildə başlamaq və tərəflər arasında razılaşmanın icrası ilə bağlı məsələləri müzakirə etməkdir.
“Danışıqlar üçün bir neçə günümüz olacaq ki, bu prosesi düzgün şəkildə başladaq. Mən orada bir və ya iki gün qala biləcəyəm”, - deyə Vens bildirib.

