İran Prezidenti Məsud Pezeşkian Tehran və Vaşinqton arasında memorandumun hazırlanmasında İranın ali rəhbəri Müctəba Xamenei mühüm rol oynadığını bildirib. Bu barədə o, sosial şəbəkə hesabında yazıb.
Pezeşkianın sözlərinə görə, sənədə İranın milli maraqlarını təmin edən müddəaların daxil edilməsində ali rəhbərliyin mövqeyi həlledici olub.
“Biz milli maraqların təmin olunmasına yönəlmiş müddəaların sənədə daxil edilməsində ən böyük rol oynayan rəhbərliyə görə ali liderə minnətdarıq”, — Pezeşkian qeyd edib.
O əlavə edib ki, intensiv danışıqlardan sonra İranın Ali Milli Təhlükəsizlik Şurasının üzvlərinin böyük əksəriyyəti memorandumu dəstəkləyib. Anadolu Agentliyi də Pezeşkianın memorandumun şura üzvlərinin 90 faizindən çoxunun dəstəyini aldığını dediyini yazıb.
Tərəflər sənəd üzərində işin 15 iyuna keçən gecə başa çatdığını təsdiqləyiblər. Memorandumun rəsmi imzalanmasının 19 iyunda İsveçrədə keçiriləcəyi bildirilir. “The Guardian”ın məlumatına görə, sənəd Hörmüz boğazının açılması və Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur.
ABŞ Prezidenti Donald Tramp isə daha əvvəl razılaşmanın faktiki olaraq əldə olunduğunu təsdiqləyib.

