İranın ali rəhbərliyinin ABŞ-la münaqişənin başa çatdırılmasına dair memorandumun imzalanmasını təsdiqlədiyi bildirilib.
Bu barədə Xameneinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Müctəba Xamenei ABŞ-la danışıqlara və razılaşmaya əvvəlcə qarşı olduğunu, lakin İran Prezidenti Məsud Pezeşkianın onu mövqeyini dəyişməyə inandırdığını bildirib.
“Fərqli fikirdə olsam da, İranın hörmətli prezidenti Ali Milli Təhlükəsizlik Şurasının sədri kimi, eləcə də digər şəxslər məsuliyyəti üzərlərinə götürdülər və mənə İranın və müqavimət cəbhəsinin hüquqlarını qoruyacaqlarına söz verdilər. Buna görə də icazə verdim”, — Xamenei deyib.
Xatırladaq ki, İran və ABŞ iyunun 18-nə keçən gecə hərbi münaqişənin başa çatdırılmasına dair memorandumu distant formada imzalayıblar.
Sənəddə ABŞ-ın İrana qarşı dəniz blokadasını aradan qaldırması və İranın Hörmüz boğazında gəmiçiliyi bərpa etməsi ilə bağlı müddətlərin də nəzərdə tutulduğu bildirilir.
Münaqişənin fevralın 28-də başladığı qeyd olunur.

