İran İnqilab Keşikçiləri Korpusu ölkənin yeni ali liderinə sədaqət andı içib. Bu barədə qurumun yaydığı bəyanatda bildirilir. Qeyd olunur ki, Ekspertlər Şurası tərəfindən Seyid Müctəba Xamenei İranın yeni ali lideri təyin edilib.
Müctəba Xamenei 56 yaşındadır və orta səviyyəli ruhani hesab olunur. O, uzun müddət atasının mümkün varisi kimi qiymətləndirilirdi.
Bəyanatda vurğulanıb ki, İran İnqilab Keşikçiləri Korpusu
“Onun Zati-Aliləri ayətullah Seyid Möctəba Xameneinin ilahi göstərişlərini yerinə yetirmək üçün tam itaətə və fədakarlığa hazırdır.”

