ABŞ və İran nümayəndə heyətləri arasında İsveçrənin Bürgenştok şəhərində keçirilən danışıqlar zamanı yaradılan komitə yekun razılaşmaya nail olmaq üçün planı razılaşdırıb. Bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qətər və Pakistanın birgə bəyanatında qeyd olunur ki, vasitəçilik prosesinə siyasi nəzarəti həyata keçirəcək yüksək səviyyəli komitə yekun sazişə çatmaq üçün yol xəritəsini təsdiqləyib.
Məlumata görə, tərəflər yekun razılaşmanın 60 gün ərzində əldə olunmasını hədəfləyirlər.
Komitənin əsas vəzifəsi danışıqlar prosesini izləmək, siyasi koordinasiyanı təmin etmək və razılaşmanın hazırlanmasına nəzarət etmək olacaq.

