Qətər nümayəndələri İran və ABŞ arasında mümkün razılaşmanın hazırlanmasını yekunlaşdırmaq üçün Tehrana yola düşüblər.
Bu barədə CNN telekanalı məlumat yayıb.
Telekanal mənbəyə istinadən bildirib ki, Qətər danışıqlar qrupu ABŞ-la koordinasiya şəraitində bazar günü səhər Tehrana uçub.
Məlumata görə, səfərin məqsədi İran və ABŞ arasında razılaşmanın yekunlaşdırılmasına kömək etməkdir.
CNN-in mənbəsi bildirib:
Qətərli danışıqlarçılar ABŞ-la koordinasiya şəraitində razılaşmanın tamamlanmasına yardım etmək üçün bazar günü səhər Tehrana yola düşüblər

