ABŞ və İran arasında vasitəçilərin iştirakı ilə keçirilən danışıqların birinci raundu İsveçrədə başa çatıb. Bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qətər və Pakistanın birgə bəyanatında bildirilib ki, İsveçrənin Bürgenştok şəhərində İslamabad Anlaşma Memorandumu çərçivəsində yüksək səviyyəli danışıqların ilk mərhələsi keçirilib.
Görüşdə İran və ABŞ nümayəndələri, həmçinin vasitəçi qismində Qətər Əmirliyi və Pakistan İslam Respublikası iştirak edib.
Məlumata görə, danışıqlar müsbət və konstruktiv atmosferdə keçib. Tərəflər arasında ümidverici irəliləyiş əldə olunduğu və növbəti texniki danışıqlar üçün mexanizm yaradıldığı qeyd edilib.

