İran və ABŞ arasında yüksək səviyyəli danışıqların növbəti mərhələsinə hazırlıq başa çatıb.
Bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi Press TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, dörd ölkə arasında texniki danışıqlar uğurla keçib. Əldə olunan nəticələr qarşıdakı görüşlərə hazırlığın tamamlanmasına imkan yaradıb.
Razılaşmaya əsasən, danışıqlarda İran parlamentinin spikeri, İranın xarici işlər naziri, ABŞ vitse-prezidenti, həmçinin Pakistan və Qətərin baş nazirləri iştirak edəcəklər.

