ABŞ və İran arasında növbəti danışıqlar raundu 16 aprel tarixində Pakistanda keçiriləcək.
Bu barədə The Atlantic nəşrinin jurnalisti Araş Əzizi X sosial şəbəkəsində, Tehrandakı məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, iki ölkə nümayəndələri arasında ikinci birbaşa danışıqlar raundu İslamabad şəhərində baş tutacaq.
Xatırladaq ki, 11–12 aprel tarixlərində İslamabadda Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında danışıqlar keçirilmişdi, lakin saatlarla davam edən görüşlər heç bir razılaşma olmadan başa çatmışdı.

