ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın istefa verən Baş naziri Kir Starmerin siyasi mövqelərinə energetika və immiqrasiya siyasətinin zərər vurduğunu bildirib.
Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.
Tramp Starmeri “yaxşı insan” və “bir növ dostu” adlandırsa da, onun əsas problemlərinin energetika, immiqrasiya və cinayətkarlıq olduğunu deyib.
ABŞ liderinin sözlərinə görə, Starmer xüsusilə enerji siyasəti və miqrasiya məsələlərində ciddi səhvlərə yol verib.

