Almaniyanın “Almaniya üçün Alternativ” Partiyası kansler Fridrix Mertsi Böyük Britaniyanın Baş naziri Kir Starmerin nümunəsini izləyərək istefaya getməyə çağırıb.
Partiyanın X sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib ki, xalqın maraqlarını nəzərə almayan siyasətçi sonda siyasi məğlubiyyətlə üzləşir.
“Böyük Britaniyanın Baş naziri Kir Starmer reytinqlərinin kəskin azalması fonunda yay sonunda istefa verəcəyini açıqlayıb. Öz xalqının maraqlarını görməzdən gələn hər kəs sonda uğursuzluğa düçar olur. Almaniyanın siyasi elitası nə vaxt eyni nəticəni çıxaracaq? Merts Starmerin nümunəsini izləməlidir”, — deyə partiyanın bəyanatında qeyd olunub.
Xatırladaq ki, Starmer 22 iyun 2026-cı ildə istefa verəcəyini açıqlayıb və yeni lider seçilənədək vəzifəsində qalacağını bildirib.
DenMedia.az

