ABŞ hakimiyyəti Hörmüz boğazından pullu keçid tətbiq edilməsini müzakirə edir.
Bu barədə Politico mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Ağ Ev İranla aparılan danışıqlar fonunda gəmi sahiblərini yenidən bu su yolu ilə hərəkət etməyə təşviq etmək istəyir.
Müzakirə olunan planlardan biri gəmilərə əlavə ödəniş müqabilində sürətləndirilmiş keçid imkanının yaradılmasıdır. Digər variant kimi isə gəmilərin ABŞ hərbi gəmiləri tərəfindən müşayiət olunması nəzərdən keçirilir.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, Hörmüz boğazı vasitəsilə gəmiçilik yalnız Vaşinqton və Tehran arasında qarşılıqlı anlaşma memorandumunun imzalanmasından sonra bərpa olunacaq.
Trampın sözlərinə görə, bu məsələ hazırlanmaqda olan razılaşmanın əsas müddəalarından biri hesab olunur.

