ABŞ Hörmüz boğazından keçən gəmilərdən ödəniş almağa başlaya bilər. Bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında bildirib.
Trampın sözlərinə görə, Vaşinqton və Tehran arasında yekun razılaşma əldə olunmasa, ABŞ bu addımı ata bilər. O qeyd edib ki, 60 günlük atəşkəs müddəti ərzində boğazdan keçid üçün heç bir ödəniş alınmayıb.
ABŞ prezidenti bildirib ki, bu müddətdən sonra vəziyyət yalnız Vaşinqtonun ayrıca qərarı ilə dəyişə bilər.
Trampın sözlərinə görə, ABŞ bu addımı Yaxın Şərq ölkələrinə göstərdiyi təhlükəsizlik xidmətlərinə görə kompensasiya almaq məqsədilə ata bilər. O, həmçinin bununla keçmiş, hazırkı və gələcək xərclərin ödənilməsini nəzərdə tutduğunu vurğulayıb.

