ABŞ Prezidenti Donald Tramp İranın infrastrukturunu məhv etməklə hədələyib, bununla yanaşı, Tehranla razılaşma əldə etməkdə hələ də maraqlı olduğunu bildirib.
Bu barədə Reuters məlumat yayıb.
Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib ki, tərəflər ya razılaşmaya gələcək, ya da “iş tamamlanacaq”.
ABŞ lideri eyni zamanda 91 milyon insana təzyiq göstərmək istəmədiyini qeyd edib.
“Biz ya razılaşma əldə edəcəyik, ya da işi tamamlayacağıq. İşi tamamlamaq isə çətin olmayacaq. Mən razılaşma əldə etməyə üstünlük verərdim, çünki 91 milyon insana təsir göstərmək istəmirəm. Biz onların körpülərini bir saat ərzində məhv edə bilərik. Onların enerji ehtiyatlarını, tikdikləri bütün o böyük və gözəl müəssisələri sıradan çıxara bilərik”, — deyə Tramp bildirib.

