ABŞ Prezidenti Donald Trump bildirib ki, İranın nüvə proqramı ilə bağlı Vaşinqtonla razılaşma əldə etməsi üçün 10-15 gün vaxtı var. O, bu açıqlamanı jurnalistlərə təyyarəsində səfər zamanı verib.
Düşünürəm ki, söhbət 10-15 gündən gedir. Yəqin ki, bu maksimumdur, – deyə Tramp bildirib.
Amerika lideri razılaşma əldə olunmayacağı təqdirdə İranı “çox pis hadisələrin” gözlədiyini bir daha vurğulayıb.
Biz bu sazişi əldə edəcəyik, bu və ya digər yolla, – deyə Tramp əlavə edib.

