İslam İnqilabı Keşikçiləri Korpusunun — SEPAH-ın hava hücumundan müdafiə bölmələri ABŞ-a məxsus MQ-9 pilotsuz uçuş aparatını məhv edib.
Bu barədə SEPAH nümayəndəsi Hüseyn Mohebi məlumat verib. Xəbəri Tasnim agentliyi yayıb.
Məlumata görə, dron İranın Buşehr əyalətində yerləşən Hormuc şəhəri üzərində vurulub.
Mohebinin sözlərinə əsasən, pilotsuz uçuş aparatı sübh vaxtı zərərsizləşdirilib.

