İraqın paytaxtı Bağdadın mərkəzi hissəsində pilotsuz uçuş aparatı vurulub. Bu barədə Al Jazeera televiziya kanalı məlumat yayıb.
Məlumata görə, dron ABŞ səfirliyi istiqamətində hərəkət edirdi.
İraq təhlükəsizlik xidmətlərindəki mənbələrin bildirdiyinə görə, hava hücumundan müdafiə sistemləri pilotsuz uçuş aparatını şəhərin mərkəzində yerləşən ABŞ diplomatik nümayəndəliyi yaxınlığında ələ keçirərək məhv edib.
Hadisədən sonra ərazidə hava həyəcanı siqnalları işə salınıb.

