Qətər nümayəndə heyəti Yaxın Şərqdə gərginliyin azaldılması istiqamətində vasitəçilik rolunu gücləndirmək məqsədilə məsləhətləşmələr aparmaq üçün İrana səfər edib.
Bu barədə Tasnim məlumat yayıb.
Agentliyin məlumatına görə, səfərin əsas məqsədi ABŞ və İran arasında artan gərginlik fonunda Qətərin vasitəçilik rolunu möhkəmləndirməkdir.
Qeyd edək ki, iyulun 8-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının Hörmüz boğazında tankerlərə, o cümlədən Qətərə məxsus gəmiyə edilən son İran hücumlarına cavab olaraq İrana zərbələr endirməyə başladığı məlum olub.
Buna cavab olaraq İran silahlı qüvvələrinin Qətər, Küveyt, Bəhreyn və İordaniya ərazisindəki obyektlərə hücum etdiyi bildirilir.

