ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı CENTCOM sosial şəbəkələrdə yaydığı məlumatda Birləşmiş Ştatların İrana qarşı güclü zərbələr seriyasına başladığını açıqlayıb.
Məlumata görə, hərbi əməliyyatların yenidən başlanmasına səbəb kimi İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə mümkün hücumları göstərilib.
CENTCOM-un paylaşımında bildirilib ki, ABŞ zərbələri Hörmüz boğazından keçən üç ticarət gəmisinə qarşı İran tərəfindən həyata keçirildiyi iddia olunan hücumlara cavab olaraq endirilir.
İran mediası isə ölkənin cənubunda yerləşən Sirik şəhərində yeddi partlayış baş verdiyini yazıb. Bundan başqa, Bəndər-Abbas şəhərində və Qeşm adasında altı partlayış qeydə alındığı barədə məlumat yayılıb.
Hadisə regionda gərginliyin daha da artması və Hörmüz boğazı ətrafında təhlükəsizlik vəziyyətinin kəskinləşməsi ehtimalını gündəmə gətirib.

