ABŞ Prezidenti Donald Tramp Tehran danışıqlara razılaşmadığı təqdirdə İrana qarşı hücumların genişləndiriləcəyini bildirib.
Tramp ABŞ telekanallarından birinə müsahibəsində deyib ki, növbəti mərhələdə İranın enerji stansiyaları və körpüləri hədəfə alına bilər.
“Gələn həftə onlar üçün çox pis keçəcək. Çünki növbə enerji stansiyalarına və körpülərə çatacaq. Danışıqlar masasına oturmasalar, bütün enerji stansiyalarını və körpülərini məhv edəcəyik”, — deyə ABŞ Prezidenti bildirib.
Tramp həmçinin ABŞ-nin son hücumlarından sonra İran ordusunun gücünün “çox aşağı səviyyəyə endiyini” iddia edib.
O vurğulayıb ki, əməliyyatlar özü “kifayətdir” deyənədək davam edəcək.
ABŞ nümayəndələrinin son günlər İran rəsmiləri ilə təmasda olduğunu bildirən Tramp Tehrana belə mesaj göndərildiyini deyib:
“Razılaşma əldə etsəniz, yaxşı olar. Əks halda əlinizdə heç nə qalmayacaq.”

