ABŞ Prezidenti Donald Tramp yenidən bəyan edib ki, Tehran Vaşinqtonla razılaşmadan imtina edərsə, İranın enerji infrastrukturuna zərbələr endirilə bilər.
“Əgər razılaşma olmasa, onların bütün elektrik stansiyalarına zərbə endirəcəyik, hətta bəlkə də eyni vaxtda”
Tramp əlavə edib ki, ABŞ İranın neft obyektlərini də hədəfə ala bilər.
“Onların neftinə də zərbə endirə bilərik”
ABŞ lideri eyni zamanda İranla mümkün razılaşmanın konkret şərtlərinin nədən ibarət olacağını açıqlamayıb.

