ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehran danışıqlar masasına qayıtmalı və Yaxın Şərqdə sülh üçün razılaşma əldə etməlidir.
Bu barədə Fox News məlumat yayıb.
Telekanalın aparıcısının sözlərinə görə, Tramp bu çağırışı İranın İsrailə raket zərbələrindən sonra səsləndirib.
“Tramp mənə dedi ki, İrana belə məsləhət verərdi: siz artıq raketlərinizi buraxdınız, bu kifayətdir. Danışıqlar masasına qayıdın və razılaşma əldə edin”, deyə aparıcı bildirib.

