ABŞ yaxın iki-üç gün ərzində İrana zərbələri davam etdirərsə, Tehran müdafiə mərhələsindən hücum əməliyyatlarına keçəcək.
Bunu İranın ali rəhbərinin hərbi müşaviri Mohsen Rezai dövlət televiziyasının efirində bildirib.
Onun sözlərinə görə, belə bir halda İran Silahlı Qüvvələri çəkindirmə və cavab tədbirləri mərhələsindən “hücum və tam məhvetmə” mərhələsinə keçəcək.
Rezai vurğulayıb ki, Tehran yalnız münaqişə zonasındakı ABŞ hərbi bazalarını deyil, ondan kənarda yerləşən obyektləri də hədəfə ala bilər.

