İraq aviasiya qurumları ölkə üzərindəki hava məkanını bütün uçuşlar üçün bağlayıb.
DenMedia.az Yaxın Şərqdəki aviadispetçer dairələrindəki mənbəyə istinadən xəbər verir ki, dünya vaxtı ilə saat 19:40-dan etibarən İraq hava limanlarına istiqamətlənən bir çox təyyarə geri dönməyə və ehtiyat aerodromlara enməyə məcbur olub.
Bu addım regionda gərginliyin artdığı bir vaxtda atılıb. Daha əvvəl İsrail Müdafiə Ordusu İran tərəfindən raket buraxılışlarının qeydə alındığını bildirmiş, bundan sonra ölkənin şimalında hava həyəcanı elan edilmişdi.
Öz növbəsində İranın ali liderinin hərbi müşaviri Mohsen Rezai bildirib ki, bu hücum İsrailə Beyruta zərbələri dayandırmaq üçün xəbərdarlıq xarakteri daşıyır.

