ABŞ Prezidenti Donald Tramp kürəkəni Cared Kuşner və xüsusi elçi Stiv Uitkoffun məruzəsini dinlədikdən sonra əvvəlcə Rusiya Prezidenti Vladimir Putinə, daha sonra isə Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng etməyi planlaşdırır. Bu barədə “Shot” məlumat yayıb.
Bildirilib ki, hər iki telefon danışığı bazar ertəsi, sentyabrın 7-də baş tutmalıdır. Zənglərdən əvvəl Trampın nümayəndələri Moskvada və Kiyevdə keçirdikləri görüşlərin nəticələri barədə ABŞ prezidentinə məlumat verəcəklər.
Bundan əvvəl Cared Kuşner bildirmişdi ki, Vaşinqton Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı sülh paketi üzərində işləyir. Onun sözlərinə görə, sənədin hazırlanmasına ABŞ administrasiyasından çox sayda şəxs cəlb olunub.
Denmedia.az

