ABŞ, Ukrayna münaqişəsinin sülh yolu ilə həlli çərçivəsində ərazi və digər güzəştlərə razı olması üçün Vladimir Zelenskiyə təzyiq göstərir. Bu barədə Axios ukraynalı mənbələrə istinadən yazır, qeyd olunur ki, 6 dekabr tarixində keçirilmiş iki saatlıq telefon danışığı zamanı ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşner Zelenskidən sülh tənzimlənməsinə dair açıq şəkildə razılıq almaq istəyiblər.
“Elə bir təəssürat yaranırdı ki… amerikalılar istəyirdilər ki, Zelenski bütün bunları telefon danışığı zamanı qəbul etsin”, — deyilir məqalədə.
Bundan əlavə, nəşrin iddiasına əsasən, ABŞ prezidenti Donald Trampın administrasiyası Zelenskini tez qərar verməyə vadar edir, halbuki avropalılar ona ehtiyatlı və səbirli olmağı məsləhət görür.

