Fransada şagirdlərin başladığı etiraz aksiyalarına “sarı jiletlər” hərəkatının fəalları, həmkarlar ittifaqları və digər narazı vətəndaşlar da qoşulublar.
Bu barədə “Kommersant” nəşri məlumat yayıb.
Oktyabrın 17-də Fransanın müxtəlif şəhərlərində minlərlə insan yenidən küçələrə çıxıb.
Əvvəlcə müəllim çatışmazlığına etiraz edən nümayişçilər indi qiymət artımına və əhalinin maddi vəziyyətinin pisləşməsinə də etiraz edirlər.
Aksiyalar bəzi şəhərlərdə polislə qarşıdurmalarla müşayiət olunub.
Günorta saatlarına qədər 270-dən çox etirazçı saxlanılıb. Hüquq-mühafizə orqanları iğtişaşların qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini gücləndiriblər.

