Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino Bakıya gəlib.
O, 15 yaşadək futbolçular arasında tarixdə ilk dəfə keçiriləcək FIFA dünya çempionatı və festivalı ərəfəsində Azərbaycana səfər edib.
Bu barədə FIFA rəhbəri “Instagram” hesabında məlumat yayıb.
İnfantino bildirib ki, Bakıda onu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf səmimi qarşılayıb.
“Bütün iştirakçılara uğurlar arzulayıram! Futbolun bütün dünyanı yenidən birləşdirəcəyi möhtəşəm həftəni səbirsizliklə gözləyirəm”, – deyə FIFA prezidenti paylaşımında qeyd edib.

