FIFA prezidenti Canni İnfantino Bakıda keçiriləcək dünya çempionatına hazırlıq işləri ilə tanış olub.
Bu barədə AFFA məlumat yayıb.
Səfər çərçivəsində AFFA prezidenti Rövşən Nəcəf və Canni İnfantino Hövsan qəsəbəsində tikilməkdə olan futbol bazasına baş çəkiblər. Burada 15 yaşadək futbolçular (U-15) arasında dünya çempionatı və FIFA festivalının oyunları keçiriləcək.
FIFA prezidentinə 10 futbol meydançasından ibarət kompleksdə aparılan tikinti işlərinin gedişi, eləcə də yarışlara hazırlıq barədə ətraflı məlumat verilib.
Qeyd olunur ki, U-15 Dünya Çempionatı və FIFA Festivalı tarixdə ilk dəfə keçiriləcək.

