Fransada qiymət artımına qarşı keçirilən kütləvi etiraz aksiyaları zamanı min nəfərə yaxın şəxs saxlanılıb.
Bu barədə ölkənin daxili işlər naziri Loran Nunyes jurnalistlərə açıqlamasında bildirib.
“Hazırda minə yaxın şəxs saxlanılıb”, – deyən nazir bu rəqəmin yekun olmadığını vurğulayıb.
Oktyabrın 24-də Parisdə keçirilən etiraz aksiyası əvvəlcə insidentsiz və sakit şəraitdə davam edib.
Lakin nümayişin sonunda təhlükəsizlik qüvvələri artıq dağılışmağa hazırlaşan etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə ediblər.
Ölkənin digər şəhərlərindən də oxşar hadisələr barədə məlumatlar daxil olub.

