mar
2024
11:00
191

Bakıda kirayə avtomobillə 800 manatlıq lotereya oğurladılar - VİDEO

9 mar, 2024
11:00
191

Bakıda kirayə avtomobillə 800 manatlıq lotereya oğurladılar - VİDEO

Paytaxtda vətəndaşlardan birinin avtomobilindən bank kartları naməlum şəraitdə oğurlanıb. Daha sonra isə oğurluq edən şəxs həmin kartlardan 1110 manat çıxararaq nağdlaşdırıb. 

Daxili İşlər Nazirliyindən Den.az-a verilən xəbərə görə, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Nəzərov Taleh saxlanılıb. Onun üzərindən əlavə olaraq narkotik vasitə heroin də aşkarlanıb. T.Nəzərov ifadəsində oğurladığı pulu şəxsi istifadəsi üçün aldığı narkotik vasitələrə xərclədiyini bildirib.

Binəqədi rayonunda isə 800 manat dəyərində lotereya biletini açıq talama yolu ilə ələ keçirən, əvvəllər məhkum olunmuş Səmədli Emin, qardaşı Elvin və tanışları Anar Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılıblar. Bu şəxslər “izi” itirmək məqsədilə qeyd edilən cinayəti törədən zaman hadisə yerinə icarəyə götürdükləri avtomobillə gediblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bakıda kirayə avtomobillə 800 manatlıq lotereya oğurladılar - VİDEO

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar