sen
2023
16:52
259

Bakıda quldurluq edən dəstə ələ keçirildi

2 sen, 2023
16:52
259

Bakıda quldurluq edən dəstə ələ keçirildi

Bakıda quldurluq edənlər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Den.az-a verilən məlumata görə, avqustun 31-də Binəqədi rayonu ərazisində 1 nəfərin cibindən 1310 manat pulu quldurluq yolu ilə alınıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş O.Hüseynov idarə etdiyi “Hyundai” markalı avtomobildə sərnişinləri, əvvəllər məhkum olunmuş R.Sayılov, R.Məmliyev, həmçinin Abşeron rayon sakinləri N.Şirəliyev, M.Məcidov və T.Məcidli ilə birgə müəyyən olunaraq saxlanılıblar.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar