mar
2024
14:03
153

Bakıda paltar mağazası qarət olundu

7 mar, 2024
14:03
153

Bakıda paltar mağazası qarət olundu

Bakıda mağazadan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Den.az-a verilən xəbərə görə, Nəsimi rayonu ərazisində yerləşən mağazaların birindən 440 manat dəyərində geyim əşyaları oğurlanıb. Bu barədə 22-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş M.İsmayılov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar