Paytaxtın Nəsimi rayonunda naməlum şəxsin evlərdən birindən 18500 manat oğurlaması barədə zərərçəkənin polisə şikayəti daxil olub.
Den.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törədən Təbriz Əhmədov saxlanılıb. O, ev sahibinin mənzilin qapısını açıq saxlayaraq yuxuya getməsindən istifadə edərək qeyd edilən oğurluq əməlini reallaşdırıb.
Nəsimi RPİ-nin əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar zamanı paytaxt ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Vüqar Həsənov, Fərid İsgəndərov və Gülməmməd Musayev də saxlanılıblar. Həmin şəxslərdən 2 kiloqramdan artıq marixuana, heroin və metamfetamin aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Bakıda mənzildən 18 500 manat oğurlayan şəxs saxlanıldı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.