Yasamal Rayon Polis İdarəsinin, həmçinin ərazi şöbə və bölmələrinin əməkdaşları tərəfindən son günlərdə rayon ərazisində keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 25 nəfər saxlanılıb. Həmin şəxslərdən külli miqdarda heroin, marixuana və metamfetamin aşkar edilib.
Den.az xəbər verir ki, saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Aşkar edilən faktlarla bağlı araşdırmalar aparılır.
Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı mübarizə tədbirləri davam etdirilir.
Polis Yasamalda əməliyyat keçirdi - 25 nəfər SAXLANILDI + FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.