Binəqədi rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı son 1 ay ərzində polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Den.az-a verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 80 nəfər saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı isə Binəqədi qəsəbəsində narkotiklərin satışını təşkil edən, əvvəllər məhkum olunmuş Azər Nurullayev də saxlanılıb. Bu şəxsin üzərindən isə satış məqsədi ilə əldə etdiyi 1 kiloqramdan artıq heroin aşkar olunub. Saxlanılanların bəziləri, eləcə də Azər Nurullayev narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran İslam Respublikasının vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində araşdırma başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Binəqədidə 80 nəfər narkotikə görə SAXLANILDI

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.