12 
apr
2024
20:43
277

Zərdabda ailə faciəsi yaşanıb: ATA VƏ QIZI KÜRDƏ BATDI-FOTO

12 apr, 2024
20:43
277

Zərdabda ailə faciəsi yaşanıb: ATA VƏ QIZI KÜRDƏ BATDI-FOTO

Kür çayının sahilində istirahət etmək istəyən ata və qızı kürdə batıb.

Den.az-ın yerli bürosu xəbər verir ki,dəhşətli hadisə Ağcabədi rayonunda kür çayının Nəcəfqulubəyli kənd ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Zərdabın Qoruqbağı kənd sakini 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızı və atası Vaqif Süleymanlı və ailə üzvləri kür çayının kənarında yerləşən su matorunun ərazisində istirahət edirlərmiş.Bu zaman ailənin qız övladı 6 yaşlı Səma Süleymanlı suya yıxılıb.Bunu görən atası Sülüeymanlı Vaqif  Tahir oğlu qızı xilas etmək üçün onun ardınca suya tullanıb.Nəticədə ata və qızı suda boğulub.

Hazırda ata və qızın çayda  axtarışları davam edir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar