Lerikə istirahətə gedən Bakı şəhər sakinləri qidadan zəhərləniblər.
“Den.az” xəbər verir ki, Lerikdə istirahət mərkəzlərində olan Bakı sakinləri - 6-sı azyaşlı olmaqla, ümumilikdə 11 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, Bakı şəhər sakinləri olan 3 ailənin üzvləri - 1992-ci il təvəllüdlü Nihat Elman oğlu Xəlilzadə, 1991-ci il təvəllüdlü Firuzə Polad qızı Xəlilzadə, 2018-ci il təvəllüdlü Elman Nihat oğlu Xəlilzadə, 2014-cü il təvəllüdlü Mədinə Nihat qızı Xəlilzadə, 1993-cü il təvəllüdlü Arzu Ələskər qızı Hənifəyeva, 1990-cı il təvəllüdlü Səbinə Canbulaq qızı Hənifəyeva, 2020-ci il təvəllüdlü Milay Cavid qızı Hənifəyeva, 2016-cı il təvəllüdlü Elnur Cavid oğlu Hənifəyev, 1987-ci il təvəllüdlü Cavid Canbulaq oğlu Hənifəyev, 2012-ci il təvəllüdlü Könül Elçin qızı Cənnətalıyeva və 2018-ci il təvəllüdlü Yusif Elçin oğlu Cənnətalıyevə ilkin tibbi yardım göstərilib.
İlkin ehtimala görə, onlar özləri ilə gətirdiyi ərzaqdan zəhərləniblər.
Bakıdan Lerikə gedən 3 ailə qidadan zəhərləndi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.