Bakıda iki yaşlı körpə xəstəxanada ölüb.
TƏBİB-dən Den.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarətlər alan 2022-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) iyunun 13-ü saat 22:00 radələrində huşsuz vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına hospitalizasiya olunub.
Qeyd olunub ki, vəziyyəti ağır qiymətləndirilən azyaşlı dərhal Reanimasiya şöbəsinə yerləşdirilib, instrumental müayinələr aparılıb və zəruri tibbi xidmətlər göstərilib.
"Təəssüf ki, reanimatoloji tədbirlərə baxmayaraq, azyaşlının iyunun 14-ü saat 02:30 radələrində posthemorragik şok, baş beynin ağır dərəcəli əzilməsi, kəskin ürək-qan dövranı, tənəffüs pozuntuları diaqnozları ilə ölüm faktı qeydə alınıb", - məlumatda vurğulanıb.
Bakıda iki yaşlı körpə xəstəxanada öldü

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.