25 
mar
2024
11:36
274

9-cu mərtəbədən yıxılan kişi xəstəxanada ÖLDÜ

25 mar, 2024
11:36
274

9-cu mərtəbədən yıxılan kişi xəstəxanada ÖLDÜ

Bakının Nizami rayonunda yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
 
Den.az APA-ya istinadən xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.
 
Belə ki, 33A ünvanında yerləşən çoxmərtəbəli binanın 9-cu mərtəbəsində yaşayan 1967-ci il təvəllüdlü Rauf Rafiq oğlu Aydazadə eyvandan yıxılıb.
 
Ağır xəsarətlər alan R.Aydazadə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
 
Mərkədən bildirilib, 24.03.2024-cü il tarixində saat 16:35 radələrində 1967-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya edilib. Açıq kəllə-beyin travması diaqnozu ilə yaralı Cərrahi profilli reanimasiya şöbəsinə ağır vəziyyətdə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, xəsarət alan şəxs 25.03.2024-cü il tarixində saat 01:00 radələrində vəfat edib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar