fev
2024
20:58
139

Azərbaycanda daha bir uşaq qızılcadan öldü-YENİLƏNİB

5 fev, 2024
20:58
139

Azərbaycanda daha bir uşaq qızılcadan öldü-YENİLƏNİB

04.02.2024 tarixində saat 12:22 radələrində Tovuz rayonu Qədirli kənd sakini 2014-cü il təvəllüdlü İsmayılov Yusif Raul oğlu Tovuz MRX Təcili yardım şöbəsinə yerləşdirilib.

Den.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, daxil olarkən vəziyyəti ağır olub.

Uşaq, həmçinin serebral iflic xəstəsi olub. Saat 13:20 radələrində Yoluxucu xəstəliklər şöbəsinə köçürülüb. Vəziyyəti ağırlaşdığına görə müalicəsi Reanimasiya şöbəsində davam etdirilib. Bütün görülən tədbirlərə baxmayaraq, xəstə saat 14:50 radələrində ağırlaşmış qızılca və pnevmoniya səbəbindən dünyasını dəyişib.

***

Saat 18:26

Tovuzda azyaşlı xəstəxanada ölüb.

Den.az-ın APA-ya istinadən məlumatına görə, rayonun Qədirli kənd sakini, 10 yaşlı Y.İ. fevralın 4-də Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Azyaşlı bu gün 16 radələrində xəstəxanada dünyasını dəyişib. Onun qızılcadan öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar