Zaqatala sakini Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Den.az xəbər verir ki, rayonun Yeni Suvagil kənd sakini, 1979-ci il təvəllüdlü Mehmanə Nurməmməd qızı Əminova bu gün səhər saatlarında yaşadığı ünvandan Təcili Tibbi Yardım çağırışı ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə təxliyə olunub.
M. Əminova Zaqatala RMX-nın Təcili Tibbi Yardım şöbəsinə daxil olduqdan bir qədər sonra dünyasını dəyişib.
Qeyd edək ki, M.Əminova Yeni Suvagil kənd tam orta məktəbində coğrafiya müəlliməsi işləyib. Onların evində ötən gecə övladının hərbi xidmətə yola salmaları ilə əlaqədar mərasim təşkil olunubmuş.Lent.az
Zaqatalada oğlunu əsgər yola salan ana qəfil öldü

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.