Lənkəranda çağırışa gedən Təcili Tibbi Yardım avtomobili qəzaya uğrayıb.
Den.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında, köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisində baş verib.
Belə ki, rayonun Aşağı Nüvədi kəndindən çağırış olub. Əraziyə yaxın olan Şürük kənd Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası həmin ünvana çıxış edib.
Tibbi yardım avtomobili Gərmətük kəndi ərazisində hərəkətdə olarkən "Mersedes" markalı minik avtomobili tibbi yardım avtomobilinə çırpılıb. Qəza nəticəsində Təcili Tibbi Yardım avtomobilində olan tibb bacısı və həkim xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar. Xəsarət alanlara ilkin tibbi yardım göstərilib.
Qeyd edək ki, iki gün bundan əvvəl də Astaradan Lənkərana xəstə gətirən Təcili Tibbi Yardım avtomobili Lənkəranda qəzaya uğramışdı.
Faktla bağlı araşdırma aparılır.
Təcili yardım maşını qəzaya düşdü - Xəsarət alanlar var

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.