14 
okt
2023
22:34
251

TƏBİB: Sumqayıtda yeniyetmənin qripdən ölməsi məsələsi araşdırılıb

14 okt, 2023
22:34
251

TƏBİB: Sumqayıtda yeniyetmənin qripdən ölməsi məsələsi araşdırılıb

TƏBİB Sumqayıtda yeniyetmənin qripdən ölməsi məsələsinə münasibət bildirib.
Den.az-a açıqlamada bildirilib ki, 14.10.2023-cü tarixində saat 12:35 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub:
"Təcili tibbi yardım briqadaları dərhal çağırış ünvanına yollanıb. 2008-ci il təvəllüdlü vətəndaşın həkiməqədər ölümü qeydə alınıb".
Qeyd edək ki, Sumqayıt şəhəri, Yaşıldərə qəsəbəsində yaşayan 2008-ci il təvəllüdlü Sadıqov İlqar Elyar oğlu bu gün səhər saatlarında qəfil dünyasını dəyişib.
Məlumata görə, yeniyetmənin qripdən öldüyü ehtimal edilir. Belə ki, İlqar Sadıqov ötən gün qrip olub. Bu gün səhər saatlarında o yaşadığı evdə qəfil dünyasını dəyişib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar