Sumqayıtda məktəblini yük maşını vuraraq öldürüb.
Hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.
Sumqayıtda yük avtomobilinin vurduğu məktəblinin şəxsiyyəti məlum olub.
O, 2016-cı il təvəllüdlü, 3-cü sinif şagirdi Məmmədov Mehdi Şahin oğludur.
Qeyd edək ki, azyaşlı dərsdən evə gəlirmiş.
Onun meyiti artıq aidiyyəti üzrə təhvil verilib.
***
Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Den.az xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.
Məlumata görə, yolu keçmək istəyən 3-cü sinif şagirdini yük avtomobili vurub. Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.