Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Den.az xəbər verir ki, hadisə şəhərin Cəfər Cabbarlı küçəsində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Hənifə Nəsib qızı Qənbərovanı yük maşını vurub. Nəticədə, qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.