Bakı-Quba avtomagistralında Qubaya gedən istiqamətdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Den.az xəbər verir ki, bu gün Quba yolunda “Mercedes” markalı minik avtomobili yük maşını ilə toqquşub .
İlkin məlumatlara görə, qəza nəticəsində sərnişin 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu dünyasını dəyişib.
Ağır qəzəda 1988-ci il təvəllüdlü Abdullayev Samiq Fərhad oğlu və 2001-ci il təvəllüdlü Həsənov Ramazan Habil oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.