Bakı-Quba yolunda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var.
Hadisə Siyəzən rayonu ərazisində qeydə alınıb.
"Den.az "-ın Şimal bürosunun məlumatına görə, "QAZ-31" markalı minik avtomobili hərəkətdə olarkən "Shacman" markalı yük avtomobilinə çırpılıb.
Hadisə nəticəsində, Rizvanov Gülmalı və onun həyat yoldaşı Rizvanova Çeşmenaz ağır dərəcəli xəsarətlər alıblar.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.