26 
iyl
2023
09:58
228

Lənkəranda ağır qəza zamanı 5 nəfər xəsarət alıb

26 iyl, 2023
09:58
228

Lənkəranda ağır qəza zamanı 5 nəfər xəsarət alıb -FOTO

Lənkəranda baş verən yol qəzasında xəsarət alanlar var.


"Den.az" xəbər verir ki, Yol nəqliyyat hadisəsi Lənkəran - Boradigah yolunda, rayonun Cil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

"Niva" və "Mercedes" minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanlardan ikisi uşaqdır. Yaralılar Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə yaralılara zəruri ilkin tibbi yardım göstərilib və müvafiq şöbələrə yerləşdiriliblər. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, xəsarət alanlardan 4 - ü "Niva" markalı minik avtomobilində, 1 nəfər isə "Mercedes" markalı avtomobildə olub.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar